Avqustun 31-də dünyanın ən nüfuzlu kino müsabiqələrindən sayılan Venesiya festivalı Lido adasında işə başlayıb. 
   Bu il 68-ci dəfə keçirilən kinofestival məşhur Hollivud aktyoru, rejissor Corc Kluninin “Martın ortaları” (“The Ides of March”) siyasi dramı ilə açılıb. Növbəti nümayiş olunan ekran əsəri rusiyalı rejissor Viktor Kosakovskinin “Antipodlara salam!” (“Vivan las antipodas!”) sənədli filmi oldu (müsabiqədən kənar). Qeyd edək ki, festival çərçivəsində Rusiyanın daha bir ekran əsəri - Aleksandr Sokurovun “Faust” filmi iştirak edir.
   Ümumilikdə festivalda 23 film “Qızıl şir” uğrunda mübarizə aparacaq. Maraqlısı odur ki, 22 filmin adı məlumdur, sonuncu filmin adı hələlik açıqlanmayıb. Bu açıqlama festivalın gedişində veriləcək.
   “Qızıl şir” uğrunda Roman Polanski, Devid Kronenberq, Uilyam Fridkin, Todd Solondz və digər məşhur rejissorlar mübarizə aparacaq.
   Münsiflər heyətinə amerikalı rejissor Darren Aronovski (“Qara qu quşu” filminin rejissoru) başçılıq edir.
   Müsabiqədən kənar proqramda isə 20 film iştirak edəcək. Filmlərə baxış sentyabrın 10-dək davam edəcək.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar