Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə rəsm və heykəltəraşlıq müsabiqəsi elan edib.
Müsabiqədə 13 yaşına çatmış və Facebook sosial şəbəkəsində qeydiyyatı olan hər kəs iştirak edə bilər. Oktyabrın 5-dən noyabrın 5-dək davam edəcək müsabiqəyə təqdim olunan işlər nar meyvəsinə və ağacına həsr edilməlidir. Müsabiqə rəssamlar və heykəltəraşlar arasında keçirilir. Hər bir kateqoriya üzrə üç qalib seçiləcək. Birinci yerlərin sahiblərinə 1000 manat, ikinci yerləri tutanlara 500 manat, 3-cü yerlərin sahiblərinə isə 300 manat pul mükafatı veriləcək. Qalibləri münsiflər heyəti seçəcək.
İştirakçı olmaq istəyənlər rəsm və ya fiqur işlərinin elektron şəkillərini ANİİA-nın Facebook səhifəsinə mesaj olaraq göndərə bilər.
Soltan