Filmlər bərpa olunub
   
   Dövlət Film Fondu Azərbaycanın məşhur filmlərindən olan “Dərviş Parisi partladır” filmini bərpa edib. Fonddan verilən məlumata görə, film üzərində bərpa işləri Rusiya Teleradio Fondu ilə birlikdə aparılıb. Ekran əsəri böyük yazıçı-dramaturq Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” klassik komediyasının motivləri əsasında 1976-cı ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin ssenari müəllifi Ədhəm Qulubəyov, quruluşçu rejissorları Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov, quruluşçu operatorları Zaur Məhərrəmov və Arif Nərimanbəyovdur. Rollarda Rusiyanın Xalq artisti Sergey Yurski, Azərbaycanın xalq artistləri Leyla Bədirbəyli, Adil İsgəndərov, Mirzə Babayev, Həsənağa Turabov və başqaları çəkilib.
   1986-cı ildə çəkilən “Yay gününün xəzan yarpaqları” filmi də artıq bərpa olunub. Filmin ssenari müəllifi Asim Cəlilov, rejissoru Tofiq İsmayılov, operatoru Valeri Kərimov, rəssamı Nadir Zeynalov, bəstəkarı Eldar Rüstəmov, səs operatoru Natalya Nuriyevadır. Filmdə Səyavuş Aslan, Nəcibə Hüseynova, Firəngiz Şərifova, Yaşar Nuri, Əşrəf Quliyev, Şahmar Qəribli və başqaları çəkilib. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar