Vilnüsdə “Pokrovsk kilsə zəngləri” adlı XII beynəlxalq folklor festivalı keçirilir. Oktyabrın 15-dək davam edəcək festivala Azərbaycan, Belarus, Estoniya, Gürcüstan, Polşa, Litva, Rusiya, Slovakiya, Ukrayna və başqa ölkələrin kollektivləri qatılıb.
Azərbaycanı aşıqlar Əli Quliyev, Samirə Əliyeva və nağaraçı Asim Quliyev təmsil edirlər. Festivalın birinci günü Azərbaycan sənətçiləri Aşıq Ələsgərin yaradıcılığına müraciət ediblər.
Festival çərçivəsində tanınmış pedaqoqlar, xalq ənənələrini araşdıranlar təcrübə mübadiləsi aparacaq, mütəxəssis-etnoqrafların ustad dərsləri, sərgilər, xalq sənəti nümunələri və kulinar irsinə aid yarmarkalar, tələbə və şagirdlər üçün proqramlar, dəyirmi masa, xalq rəqsləri axşamları təşkil olunacaq.