Oktyabrın 17-də Bakı Xətai Sənət Mərkəzində “Kitabların insan həyatında rolu” adlı rəsm sərgisi açılacaq. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Rəssamlar İttifaqı və YAP Yasamal rayon təşkilatı ilə birgə təşkil olunacaq sərgi “İslam həmrəyliyi ili”nə həsr ediləcək.
Layihənin əlaqələndiricisi Elnurə İsgəndərovanın sözlərinə görə, sərgidə 100-dən çox fırça ustasının 150-dək sənət əsəri nümayiş ediləcək. Sərgi çərçivəsində tanınmış şairə Solmaz Kürçaylının “Ana məhəbbəti” kitabının təqdimatı keçiləcək.