Sentyabrın 6-da Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində VII Beynəlxalq müsəlman filmləri festivalı işə başlayıb. Festivalı Rusiya Federasiyasının hökuməti, Tatarıstan Respublikasının prezidenti tərəfindən dəstəklənir.
   
   Festivalın müsabiqə bölümündə Azərbaycanı rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi təmsil edir. Bu barədə məlumat verən rejissor bildirib ki, film sentyabrın 10-da “Grand Cinema” kinoteatrında nümayiş olunacaq. Festivalda Rusiya, Azərbaycan, İran, Türkiyə, Qazaxıstan, ABŞ, Almaniya, Hindistan, Misir və digər ölkələrin filmləri nümayiş olunacaq.
   Xatırladaq ki, 2010-cu ildə “Bir addım” studiyasında istehsal olunan “Miras” sənədli filmi bir sıra beynəlxalq müsabiqələrdə uğur qazanıb. Ekran əsərinin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, montajçısı Firudin İsmayılov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir.
   Kazan festivalının müsabiqə bölməsində həmçinin Novruz Hikmətin “Mənim atam” qısametrajlı filmi (8 sentyabr) filmi nümayiş olunacaq. Festivalın müsabiqədənkənar proqramına “Azərbaycan kinosu astanada: 1000 saniyə” layihəsindən olan 10 filmimiz (hər biri 100 saniyə) da daxil edilib.
   Bundan əlavə, azərbaycanlı rejissor İlqar Safatın “Nərimanfilm” kinoşirkətində istehsal olunan “Leonardo koridoru” bədii tammetrajlı filminin ssenarisi Kazan festivalının çərçivəsində keçiriləcək ssenarilər müsabiqəsində iştirak edəcək.
   “Nərimanfilm” kinoşirkətindən bildiriblər ki, festival çərçivəsində ilk dəfə təşkil olunan ssenarilər müsabiqəsində iştirak etmək üçün cəmi 166 ərizə verilib. Bu sıradan 20 ssenari seçilərək müsabiqədə iştirak imkanı qazanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar