XV Milli Kinematoqrafiyalar Forumunda “Sahə” bədii filminin rejissoru İlqar Safat Moskva hökumətinin diplomu ilə təltif olunub. “Nərimanfilm” kino şirkətindən verilən məlumata görə, XV Milli Kinematoqrafiyalar Forumu 2011-ci il avqustun 27-dən sentyabrın 4-dək Moskvada, Krasnaya Presnya Kino Mərkəzində keçirilib. Tədbir Rusiya Dövlət Film Fondunun və MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Kinematoqrafçılar İttifaqları Konfederasiyası tərəfindən “Moskva Premyerası” festivalı çərçivəsində keçirilib.
   MDB, Latviya, Litva və Estoniyanı əhatə edən kinoforum mövcud olduğu 15 il ərzində bir çox istedadların aşkar edilməsinə səbəb olub. XV Milli Kinematoqrafiyalar Forumunda Azərbaycan “Sahə” filmi ilə təmsil olunub. Film məşhur fotoqrafın öz uşaqlıq dövrünə mistik səyahətindən danışır. 2010-cu ildə “Nərimanfilm” kinostudiyasının “Gürcüstanfilm” və “Baqirafilm” (Gürcüstan) studiyaları ilə birgə çəkdiyi ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, “Paşa Bank”ın köməkliyi ilə ərsəyə gəlib. Film ndiyədək bir neçə festival və müsabiqədə uğur qazanıb.
   Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa ediblər. Ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır. Operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əfəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, filmin prodüseri Nəriman Məmmədovdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar