Oktyabrın 16-da Abdulla Şaiqin ev-muzeyində pedaqoji elmlər üzrə fəlsəfə doktoru, pedaqoq və publisist Məlahət Mürşüdlünün “Abdulla Şaiq Talıbzadənin pedaqoji fəaliyyəti və onun “Nümunə məktəbi”nin təlimin yeni məzmunda qurulmasında rolu” adlı monoqrafiyasının təqdimatı keçirilib.
Kitab “Şaiq Nümunə məktəbi”nin yüz illiyi münasibətilə işıq üzü görüb.
Təqdimatda müəllif monoqrafiyanın yaranma tarixi və məzmunu ilə bağlı geniş məlumat verib. O, Abdulla Şaiqin pedaqoji fəaliyyəti, “Şaiq Nümunə məktəbi”ni necə yaratması, şagirdləri və onların valideynlərini anadilli təhsilə cəlb etməsi, eləcə də milli təhsildəki fəaliyyəti barədə ətraflı məlumat verib.