Oktyabrın 16-dan noyabrın 1-dək Türkiyənin Adana şəhərində 4-cü Şəhər Teatrları Görüşü baş tutacaq. Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları tərəfindən təşkil ediləcək tədbirdə Türkiyə, Azərbaycan, Gürcüstan və Şimali Kiprdən ümumilikdə 18 teatr qrupu sənətsevərlərlə bir arada olacaq.
Ölkəmizi bu tədbirdə təmsil edən A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı oktyabrın 19-da “Zəng” tamaşasını nümayiş etdirəcək.
Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir.