Mədəniyyət və Turizm Nazirliyi və “Ulusfilm” Prodüser Mərkəzinin təşkilatçılığı ilə “Cavad xan” filmi Polşanın paytaxtı Varşavanın mərkəzi kinoteatrında göstəriləcək. “Ulusfilm” prodüser mərkəzinin rəhbəri Gəray Əlibəyovun verdiyi məlumata görə, “Cavad xan” filminin nümayişi ilə bağlı razılıq əldə olunub və artıq film polyak dilinə tərcümə edilib. Nümayişlə əlaqədar olaraq filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, quruluşçu rejissoru Rövşən Almuradlı, filmin əsas rollarından birinin ifaçısı, Xalq artisti Amaliya Pənahova Polşaya gedəcəklər. Səfər sentyabrın 16-dan 20-dək davam edəcək.
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Cavad xan” filmi bundan əvvəl Rusiya və Macarıstanın mərkəzi kinoteatrında nümayiş olunub.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar