Sentyabrın 6-dan 11-dək Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazanda VII Beynəlxalq müsəlman filmləri festivalı keçirilib. Festivalın qalibi adını çinli rejissor-debütant Lu Yanqın “Mənim təsirli teatrım” filmi qazanıb. Ən yaxşı rejissor işinə görə Denis Rodiminin “Özgə ana” filmi mükafatlandırılıb.
   Festivalda xüsusi mükafatlar da təqdim olunub. TÜRKSOY-un mükafatına türkiyəli Mehmet Zenginin “Zefir” filmi təltif olunub. Rusiya Kinoşünaslar və Kinotənqidçilər Gildiyası tərəfindən Feo Aladağın “Yad” (Almaniya) filmi mükafata layiq görülüb. İcma ənənələri və müasir azad cəmiyyətin dəyərləri arasındakı konflikti təsirli və dolğun göstərdiyinə görə Özbəkistan rejissoru Şöhrət Mahmudovun “Şərqdən gələn işıq” filminə “Tamaşaçı rəğbəti” mükafatı verilib.
   Ən yaxşı tammetrajlı sənədli film “Güllələmək, yoxsa çəkmək” (yunan əsilli rejissor Nikos Meqrelis), ən yaxşı qısametrajlı bədii film isə rejissor Aynur Əsgərovanın “Şöhrətpərəst” (Rusiya) filmi mükafatlandırılıb. Ən yaxşı operator işinə görə “Zefir” (Türkiyə) filmi, ən yaxşı kişi roluna görə “Belvederye” (Bosniya və Herseqovina) filmindən Armin Rizavnoviç, ən yaxşı qadın roluna görə isə Sibil Kəkilli (“Özgə”, Almaniya) təltif olunub.
   Animasiya nominasiyasında “Körpü” (Rusiya) filmi mükafat alıb. Mərasimdə Tatarıstan prezidenti Rüstəm Minnixanovun “İncəsənətdə humanizmə görə” xüsusi mükafatı da təqdim olunub. Bu mukafata “Tehran, Tehran” adlı İran filmi (rejissorlar Dariuşa Mehruci və Mehdi Karampura) layiq görülüb.
   Qeyd edək ki, VII Kazan beynəlxalq müsəlman filmləri festivalında 29 ölkədən 41 film və 19 animasiya filmi, müsabiqədənkənar isə 31 film iştirak edib. Festivalın müsabiqə bölümündə Azərbaycanı rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi və Novruz Hikmətin “Mənim atam” qısametrajlı filmi təmsil edib.

   R.İsayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar