Hollivudun məşhur aktyoru Ceremi Ayrons 1948-ci il sentyabrın 19-da Britaniyanın Kouz şəhərində anadan olub. Orta təhsilini şagirdlərinə ciddi təlim-tərbiyə verən qapalı pansionatda alıb.
  
   Məktəbi bitirəndən sonra baytar həkimi olmaq istəsə də, imtahanları uğurla verə bilmədiyindən bu arzusu baş tutmur və o yerli teatrda texniki işçi kimi çalışmağa başlayır. Eyni zamanda teatrda epizodik rollar oynayır.
   Sonra aktyorluq sənətini öyrənmək üçün Bristol şəhərinə gəlir və burada ikiillik aktyorluq kursunu bitirir. İlk olaraq o Vest-End teatrına aktyor qəbul olunur. Bir neçə televiziya layihələrində iştirak etsə də, uğur qazanmır.
   Ceremi Ayronsun kino karyerası 1981-ci ildən başlayır. “Braysdexə qayıdış“ teleserialı və “Fransız leytenantının arvadı” filmindəki rolları ona şöhrət gətirir. Onun bu filmlərdəki tərəf-müqabili o vaxt elə də tanınmayan aktrisa Meril Strip olur. Bundan sonra Ayronsun kino karyerası uğurla davam edir.
   1984-cü ildə Ceremi italyan kinoulduzu Ornella Muti ilə “Svanın məhəbbəti” filminə çəkilir. Bu filmdən sonra “Xəyanət”, “Satqın“, “Vəhşi ördək“ filmlərində yaratdığı rollar onun bacarıqlı kino aktyoru olduğunu bir daha sübut edir.
   1986-cı ildə çəkilmiş “Missiya“ filmindəki Qabriel ata roluna görə Ceremi Ayrons “Ən yaxşı aktyor“ nominasiyasında “Qızıl qlobus“ mükafatına layiq görülür.
   90-cı illər onun karyerası üçün çox düşərli olur. “Həyatın dolanbaclarında“ filmi ona dünya şöhrəti və “İlin ən yaxşı aktyoru“ nominasiyasında “Oskar“ mükafatı (1990) qazandırır. Aktyorun məşhurluğunun ən yüksək zirvəsi isə 1997-ci ildə məşhur rus yazıçısı Vladimir Nabokovun romanı əsasında çəkilən “Lolita“ filmində yaratdığı Humbert Humbert obrazı olur. Film müəyyən hay-küyə səbəb olur. Cereminin burada gözəl rol oynamasına baxmayaraq, film etik səbəblərdən Amerika prokatına buraxılmır.
   Ceremi Ayrons indi də ən populyar aktyorlarından biri hesab olunur və müxtəlif filmlərə dəvət olunur. Son filmlərindən olan “Həmişəlik Kallas“ və “Xanımlar və cənablar“ filmləri bir neçə kino mükafatına layiq görülüb.
   
   Çingiz







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar