Yeniyetmə rəssamların əl işlərindən ibarət sərgi 
   
   Astara Dövlət Rəsm Qalereyası tərəfindən şəhər 1 saylı tam orta məktəbdə “Narkomaniyaya və pis vərdişlərə yox deyək” başlığı altında gənc və yeniyetmə rəssamların əl işlərindən ibarət sərgi təşkil edilib. 
   Tədbirdə qalereyanın baş fond mühafizi Xəyalə Quluzadə “Ağ ölümün qara fəsadları” adlı məruzə ilə çıxış edib. Sonra narkomaniyanın fəsadları haqqında diskussiya keçirilib.