Azərbaycanlı kinorejissor Rodion İsmayılovun “Köç” filmi VIII Beynəlxalq “Saratovskiye stradaniye” kino festivalında uğur qazanıb. 30-dan çox ölkənin iştirak etdiyi festivalda “Köç” filmi “Territoriya” jurnalının “Naməlum məkanların mənimsənilməsi” mükafatına layiq görülüb. 
   Filmdə Azərbaycanda bütün ömrü boyu yaylaqlardan qışlaqlara köç edən çobanların çətin və maraqlı həyatı işıqlandırılıb. Nəsildən-nəslə keçən bu çətin peşəni çobanlar səbr və məharətlə davam etdirirlər. Ekran əsəri Azərbaycan və onun qədim adət-ənənələrini özündə əks etdirir.
   Film 2010-cu ildə Azərbaycanın “DS film” studiyasında istehsal olunub. 52 dəqiqəlik ekran əsərinin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb.
   Film bundan əvvəl bir sıra beynəlxalq festivallarda nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar