Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Polşadakı səfirliyinin və Polşa Mədəniyyət və Milli İrs Nazirliyinin nəzdində fəaliyyət göstərən “Kinokultura” kinoteatrının təşkilatçılığı ilə Varşavada “Cavad xan” filminin premyerası keçirilib.
   
   Azərbaycanın Polşadakı səfirliyindən bildiriblər ki, bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan səfir Həsən Həsənov yeni ekran əsəri və filmdə cərəyan edən tarixi hadisələr barədə qonaqlara ətraflı məlumat verib.
   Filmin ssenari müəllifi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, rejissor Rövşən Almuradlı, ekran əsərində aparıcı rollarından birini ifa etmiş Xalq artisti Amaliya Pənahova, “Ulus Film” prodüser mərkəzinin direktoru Gəray Əlibəyov əsərin Polşada nümayişini əlamətdar hadisə kimi qiymətləndiriblər.
   Film böyük maraqla qarşılanıb.
   Nümayişdən sonra tədbir iştirakçıları filmlə bağlı fikir mübadiləsi aparıblar. Təşkilatçılara minnətdarlıqlarını bildirən qonaqlar Polşanın da bənzər tarix yaşadığını diqqətə çatdırıblar. Qonaqlar həmçinin Azərbaycan haqqında yeni filmlərin Polşada nümayişini ölkəmizin beynəlxalq aləmdə daha yaxından tanıdılmasında müstəsna rol oynayacağını bildiriblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar