Mədəniyyət və İncəsənət Universitetində “Müstəqillik dövründə Azərbaycan təsviri sənətinin inkişafı” mövzusunda I Respublika elmi-nəzəri konfransı keçirilib.
Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva giriş sözündə iştirakçılara uğurlar arzulayıb.
Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülrəna Mirzə Qacar və Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Azərbaycan təsviri sənətinin inkişafına dair məruzələrlə çıxış ediblər.
Konfrans I və II seksiya üzrə professor-müəllim və tələbə heyətinin məruzələri ilə müzakirə və sual-cavab əsasında davam edib. 1991-ci ildən bu günə qədər Azərbaycan təsviri, o cümlədən memarlıq və dekorativ-tətbiqi sənətində baş verən yeniliklər barədə məqalə və elmi araşdırmalar təqdim olunub.