Azərbaycanlı kinorejissor İlqar Safatın “Sahə” bədii filmi oktyabrın 1-dən 9-dək Buxarestdə keçiriləcək beynəlxalq kinofestivalda iştirak edəcək. Film festivalın “CineBlackSea” adlı əsas müsabiqə proqramında yarışmaq üçün seçilib. Kino müsabiqəsi Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrini əhatə edir. Rumıniya prezidentinin yüksək himayəsi altında keçirilən festival bu ölkənin Mədəniyyət Nazirliyinin Milli Kino Mərkəzi tərəfindən dəstəklənir.
   “Nərimanfilm” (Azərbaycan), “Georgianfilm” və “Bagira Films” (Gürcüstan) studiyalarının müştərək istehsalı olan “Sahə” filmi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və həmçinin “Paşa Bank”ın iştirakı ilə ərsəyə gəlib.
   Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu və Timur Oduşev (Azərbaycan) ifa ediblər. Filmin ssenari müəllifi İlqar Safat, operatorları Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamları Rəna Əfəndi və Törəxanım Ağabəyova, bəstəkarı Andrey Doynikov, bədii rəhbəri Cəmil Quliyev, prodüseri Nəriman Məmmədovdur.
   Qeyd ki, bir çox beynəlxalq festival və müsabiqələrin mükafatçısı olmuş “Sahə” bədii filmi sentyabrın 30-dan oktyabrın 16-dək Kiprdə keçiriləcək beynəlxalq kinofestivalda da iştirak edəcək. Ekran əsəri festivalda oktyabrın 3-də nümayiş olunacaq.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar