“Bu meydan, bu ekran 2010” müsabiqəsinin qalibləri əsərlərini təqdim etdilər
   
   Sentyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Bu meydan, bu ekran 2010” müsabiqəsinin qalibləri tərəfindən çəkilmiş qısametrajlı filmlər nümayiş olundu.
   
   Qeyd edək ki, “Bu meydan, bu ekran 2010” müsabiqəsinin qalibləri kimi “Ayan-Z” MMC “Şəbəkə”, Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi “Yol”, “Sinema Evi” MMC isə “Mənim atam” filmlərini çəkib.
   Nümayişdən öncə “Şəbəkə” filminin prodüseri, Əməkdar mədəniyyət işçisi Zemfira Babayeva ölkədə yaradıcı gənclərə yaradılan şəraitdən danışaraq minnətdarlığını bildirdi: “Son illər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gənc kino kadrlarına hər cür imkan yaradılır. Bu, Azərbaycan kinosunun inkişafına böyük dəstəkdir. Bu dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm. Nazirlik tərəfindən “Bu meydan, bu ekran” layihəsi çərçivəsində gənclərə öz istedad və bacarıqlarını göstərmək üçün bütün imkanlar yaradılır. Gənc kinematoqrafçılara yeni-yeni nailiyyətlər arzu edirəm”.
   Hər üç filmin yaradıcı heyəti səhnəyə çıxaraq çəkiliş prosesi haqda danışdı. “Şəbəkə” filminin (rejissor Kəmalə Rzayeva) ssenari müəllifi Səbinə Hüseynli filmin yaradıcı heyətini təqdim etdi, filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi. “Yol” filminin rejissoru Fehruz Şamıyev də çəkiliş prosesindən danışaraq gənclərin inkişafına yönələn bu cür layihələri yüksək qiymətləndirdi.
   “Mənim atam” filmində (rejissor Novruz Hikmət) əsas rollardan birini ifa edən Rövşən Ağayev filmin yaradıcı heyətinə, həmçinin çəkilişə şərait yaradanlara minnətdarlığını bildirdi.
   Sonra filmlərə baxış keçirildi. Hər üç film maraqla qarşılandı.   

   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar