Noyabrın 2-də Azərbaycan İstiqlal Muzeyində “Uşaqlar gələcəyimizin aynasıdır” adlı tədbir keçirilib. Tədbir hər il oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində təşkil edilib.
20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası Uşaq Hüquqları Konvensiyasını qəbul edib və bu tarix Dünya uşaqlar günü kimi qeyd olunur. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə ölkəmizdə “Uşaq hüquqları aylığı” keçirilir.
İstiqlal Muzeyində təşkil olunan tədbirə “İdrak” liseyinin və 53 saylı orta məktəbin müəllim və şagirdləri qatılıb. Muzeyin əməkdaşı Arzu Quliyeva, hüquqşünas Şəmsəddin Əliyev və başqaları çıxış ediblər, “Uşaqlar gələcəyimizdir” adlı film nümayiş olunub.