İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında əfqan yazıçısı Xalid Hüseyninin romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli tamaşasının növbəti nümayişi noyabrın 27-də Dövlət Rus Dram Teatrının səhnəsində olacaq. Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, quruluşçu rəssamı Məhsəti Eldarova, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.
Əsərin mövzusu Əfqanıstanda qadın hüquqsuzluğundan bəhs edir.