Noyabrın 1-də Qazaxıstan Təsviri İncəsənət Muzeyinin direktoru, akademik Aynabek Ospanovun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşdə iki müəssisə arasında əlaqələr, gələcəkdə səyyar sərgilərin təşkili ilə bağlı planlar müzakirə edilib.
A.Ospanov öz əl işi olan rəsm əsərini və Qazaxıstan Təsviri İncəsənət Muzeyinin fəaliyyəti barədə buklet və kitabları həmkarına hədiyyə edib.