Sovet kinosu və teatrının aparıcı aktyorlarından biri, SSRİ Xalq artisti Yevgeni Yevstiqneyev 1926-cı il oktyabrın 9-da Rusiyanın Nijni Novqorod şəhərində fəhlə ailəsində anadan olub. Uşaq vaxtlarından atasını itirən Yevgenini anası böyüdür.
  
   Orta məktəbin VII sinfindən sonra Yevgeni anasına kömək etmək üçün elektrik işləməyə başlayır. Böyük Vətən müharibəsinin ağır illəri idi. Sonra o, maşınqayırma texnikumunda təhsil alır və dörd il zavodda çilingər işləyir. İş fəaliyyəti dövründə özfəaliyyət dərnəyində çıxış edir, caz rəqsini öyrənir.
   Musiqi istedadı olan Yevgeni müxtəlif musiqi alətlərində ustalıqla ifa edirdi. Bir gün məşq zamanı o, Qorki teatr məktəbinin müdiri Vitali Lebski ilə tanış olur və bu tanışlıq onun gələcək sənət karyerasına böyük təsir göstərir.
   1946-cı ildə Yevgeni Yevstiqneyev Qorki adına teatr məktəbinə daxil olur. Buranı bitirdikdən sonra isə Vladimir vilayət teatrına təyinat alır. 1954-cü ildə isə aktyor Moskva Akademik Bədaye Teatrına işə düzəlir. Sonralar məşhur “Sovremennik“ teatrını da məhz burada işləyən aktyorlar yaradır. Yevgeni Yevstiqneyev bu teatrın aparıcı aktyorlarından biri olur. Teatrdakı fəaliyyətinə görə 1974-cü ildə o, Dövlət mükafatına layiq görülür.
   Ona bir aktyor kimi şöhrət gətirən rol isə rejissor Elem Klimovun 1964-cü ildə çəkdiyi “ Xoş gəlmisiniz və ya kənar şəxslərə giriş qadağandır” filmində yaratdığı Dınin obrazı olur. Bu filmdən başlayaraq aktyor bir-birinin ardınca müxtəlif filmlərdə maraqlı obrazlar yaradır. “Baharın on yeddi anı”nda professor Pleşner, “Görüş yerini dəyişmək olmaz”da cibgir Ruçnikov, “İt ürəyi”ndə professor Preobrajenski ,”İtalyanların Rusiyada ağlasığmaz macəraları”nda Şikəst, “Qaçış”da Korzuxin , “Qaqrada qış axşamları”nda Beqlov, ”Uğur ziqzaqı”nda Koreyko və digər obrazları ona geniş tamaşaçı sevgisi qazandırır və sovet kinosunun ulduzlarından birinə çevirir. Aktyor SSRİ Xalq artisti fəxri adına layiq görülür.
   Yevgeni Yevstiqneyev 1992-ci ildə vəfat edib.
  
   Çingiz







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar