Oktyabrın 9-da Polşanın Poznan şəhərində III Beynəlxalq “Tranzit” sənədli filmlər festivalı başlayıb. Festivalda ölkəmiz Rusiyada yaşayan həmyerlimiz, rejissor və prodüser, bir sıra kino müsabiqələrinin laureatı Rodion İsmayılovun “Köç” sənədli filmi ilə təmsil olunur.
Dünyanın 30-dan çox ölkəsindən rejissorların iştirak etdikləri festivalın məqsədi Avropa ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsidir. Müsabiqə oktyabrın 15-dək davam edəcək.
“Köç” filmi Azərbaycan və onun qədim adət-ənənələrini özündə əks etdirir. Filmdə Azərbaycanda bütün ömrü boyu yaylaqlardan qışlaqlara köç edən çobanların çətin və maraqlı həyatı işıqlandırılıb. Film 2010-cu ildə Azərbaycanın “DS film” studiyasında istehsal olunub. 52 dəqiqəlik ekran əsərinin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb.