Kürdəmir şəhər 1 saylı orta məktəbin 10-cu sinif şagirdləri AMEA-nin N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinə ekskursiya ediblər. Filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Milli Azərbaycan Ədəbiyyatı Muzeyi haqqında danışaraq onları yenidən qurulmuş ekspozisiyalarla tanış edib.
   Şagirdlərə muzeyin şöbələrində qədim Azərbaycan ədəbiyyatı, Zərdüştlük dövrü, “Kitabi-Dədə Qorqud” eposunun yaranması, İslamın yayılması ilə ərəbdilli ədəbiyyatın inkişafından, XII yüzil ədəbiyyatımızın intibah dövrünün nümayəndələrindən, farsdilli Azərbaycan ədəbiyyatından, Şirvanşahlar və Atabəylər hakimiyyəti zamanından indiyə qədər ədəbiyyatımızın keçdiyi yol haqqında bilgilər verilib. Ədəbiyyat müəllimi Rəhilə Məmmədova dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş dərsini ekspozisiyalar qarşısında əyani şəkildə tədris edib. 
   
   S.Qaliboğlu