Noyabrın 3-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “İstehlakçı fəlsəfəsi” təlimi keçirilib. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov tələbələrə müasir bazar iqtisadiyyatı şəraitində istehlakçı hüquqlarının qorunması barədə məlumat verib.
Təlimdə diqqətə çatdırılıb ki, istehlakçıların öz hüquqlarını bilməklə yanaşı, istifadə etdikləri, xüsusilə qida və içki məhsullarının saxlanma şəraiti, yararlılıq müddəti və s. zəruri məlumatları mənimsəmələri insan sağlamlığı baxımından mühüm şərtdir. Təlimdə fərqlənən tələbələrə sertifikatlar verilib.