Oktyabrın 8-dən 14-dək Türkiyənin Antalya şəhərində keçirilən 48-ci Beynəlxalq “Altın Portağal” kinofestivalında Azərbaycan filmləri də nümayiş olunub.
   Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Aynur Əsgərova, rejissorlar Samir Kərimoğlu, Yavər Rzayev və İlqar Safat təmsil ediblər. Festivalın «Avrasiya Sineması» bölümündə Azərbaycan kinematoqrafçılarının son illərdə istehsal etdikləri “Niyyət”, “Buta”, “Aktrisa”, “İlahi məxluq”, “Sahə” və “Əlvida, cənub şəhəri” bədii filmləri nümayiş olunub. Ayın 9-dan 12-dək hər gün gündüz və axşam seanslarında nümayiş olunan filmlərimiz tamaşaçılar tərəfindən maraqla izlənilib, hər seansdan sonra səhnəyə dəvət alan rejissorlar filmlər haqqında tamaşaçılarla interaktiv müzakirə keçiriblər.
   Onu da qeyd edək ki, festivalda TÜRKSOY ölkələrindən ilk olaraq məhz Azərbaycan belə bir proqramla təmsil olunub.
   Səfər çərçivəsində nümayəndələrimiz oktyabrın 9-da Antalya şəhər bələdiyyəsinin sədri və festivalın rəhbəri Mustafa Akaydının da iştirakı ilə mətbuat konfransı keçiriblər. Mətbuat konfransından sonra iştirakçılara son illərdə çəkilmiş filmlərimiz barədə bukletlər, DVD disklər, mədəniyyət və turizm mövzularında müxtəlif tipli materiallar təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar