Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin tədbirlər planına uyğun olaraq əhaliyə kino xidməti davam etdirilir.
Salyan rayon Mədəniyyət mərkəzi Stansiya yaşayış massivindəki 4 saylı şəhər klubunun zalında məktəblilər üçün növbəti kino nümayişini təşkil edib. Məktəblilər “Salyan təbiəti”, “Şirvan gözəlləri” sənədli filmlərinə baxıblar. Sarvan kənd Folklor evində isə rejissor Rasim İsmayılovun “Mən sizi dünyalar qədər sevirdim” bədii filmi nümayiş etdirilib.