Oktyabrın 19-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Qızıl gepard” (“Golden Guepard”) beynəlxalq kino festivalı işə başlayıb. Özbəkistanın "Mədəniyyət və İncəsənət Forumu" Fondunun "Özbəkkino" şirkəti ilə birgə təşkil etdiyi kinoforumun müsabiqə proqramı üç bölmədən (tammetrajlı, qısametrajlı və animasiya filmləri) ibarətdir.
   Forumda Azərbaycan, Almaniya, ABŞ, Rusiya, İspaniya, Litva, Çin, İran, Polşa, Fransa, İsveçrə, ümumiyyətlə 40-dan artıq ölkədən gəlmiş aktyor, rejissor, prodüser, kinotənqidçi və ssenarilər iştirak edirlər.
   Qısametrajlı filmlər müsabiqəsində Azərbaycanı “İmper Qrup” prodüser mərkəzinin istehsal etdiyi “Bir addım” qısametrajlı filmi təmsil edir. Film 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan bu ekran - 2008” müsabiqəsinin qalib kino layihəsi kimi istehsal olunub. Filmin rejissorları Fariz Əhmədov və Nərgiz Bağırzadə, ssenari müəllifləri Alina Abdullayeva və Nərgiz Bağırzadə, quruluşçu operatoru Tarıverdi Tarıverdiyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rauf Əliyevdir. Filmdə baş rollarda Gülzar Qurbanova, Pərviz Məmmədrzayev və Nərminə Kərimova çəkiliblər.
   Kinoforumda həmçinin rejissor İlqar Nəcəfin "Buta" bədii filmi də iştirak edir. Film oktyabrın 22-də nümayiş etdiriləcək.
   Oktyabrın 25-dək davam edəcək kinoforumda "Ən yaxşı bədii film", "Ən yaxşı rejissor işi", "Ən yaxşı qadın rolu", "Ən yaxşı kişi rolu", "Ən yaxşı animasiya filmi, "Ən yaxşı qısametrajlı film" nominasiyaları üzrə qaliblər müəyyən ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar