Noyabrın 11-də Azərbaycan Xalça Muzeyi artıq ənənə halını almış sənət söhbətləri silsiləsini keramika barədə məruzə ilə davam etdirdi. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Bədii keramika, şüşə və metal kafedrasının müdiri, dosent Saleh Məmmədov ĞKeramikanın yaranması və inkişaf mərhələləriğ mövzusunda geniş məruzə etdi.
   Saleh Məmmədov söhbətinə daha uzaqlardan başlayıb keramika sənətinin dünya miqyasında yaranma mərhələləri barədə bilgiləri paylaşdı. Bu gün bizim o qədər də fərqinə varmadan ucdantutma keramika adlandırdığımız məmulatların saxsı, çini növləri barədə tarixi faktları diqqətə çatdırdı. Demə, bizim daha çox kişilərin çalışdığı sahə olaraq tanıdığımız dulusçuluq sənətinin təməlini qadınlar qoyubmuş. Hətta bu gün dünyanın elə ölkələri var ki, orada bu sənətlə yenə də qadınlar məşğul olur, özü də texnologiyanın inkişafına baxmayaraq, minilliklər boyu formalaşmış yerli ənənələrə uyğun qaydada keramika nümunələri istehsal edirlər. 
   Müasir dövrdə əl əməyi sayılan keramika nümunələrinin istehsalında yeni texnologiyalardan istifadə barədə də fikirlərini paylaşan Saleh Məmmədov tədbirin sonunda dinləyicilərin suallarını cavablandırdı. 
   
   G.Mirməmməd