Ölkəmizin Tacikistandakı səfirliyinin təşəbbüsü ilə Düşənbə şəhərindəki “Baktriya” Beynəlxalq Mədəniyyət Mərkəzində dövlət müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş Azərbaycan kinosu həftəsi başa çatıb.
   
   Kino həftəsinin bağlanış mərasimində xarici ölkələrin Düşənbədə fəaliyyət göstərən diplomatları, Azərbaycan diasporunun üzvləri, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, tacik ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak ediblər.
   Azərbaycanın Tacikistandakı müvəqqəti işlər vəkili İlham Zamanov ölkəmizdə ədəbiyyat, mədəniyyət və incəsənətə dövlət qayğısı haqqında məlumat verib. Qeyd edib ki, bu yaxınlarda prezident İlham Əliyevin müvafiq sərəncamı ilə milli serialların çəkilməsi üçün 5 milyon manat vəsait ayrılıb.
   “Baktriya” BMM-in rəhbəri Simon Ravelli, yazıçı-jurnalist Amaliya Hacıyeva və digər çıxış edənlər Azərbaycan kino həftəsinin böyük əhəmiyyəti haqqında danışıb, belə mədəni tədbirlərin əhəmiyyətini qeyd ediblər.
   Beş gün davam edən Azərbaycan kinosu həftəsində “Arşın mal alan”, “Mənim vətənim Azərbaycan”, “Azərbaycan motivləri”, “Bakı sitadelində gəzərkən”, “Qobustan” , “Şəhərdə bir gün”, “Hər şey yaxşılığa doğru”, “Azərbaycan diplomatiyasının 90-cı ildönümü” və ”Sarı gəlin” bədii və sənədli filmləri ingilis dilində subtitrlərlə nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar