Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə uşaq yazarları Solmaz Amanova, Gülzar İbrahimova və Sevinc Nuruqızının bölgələrdə görüşləri təşkil edilib. Görüşlər uşaqlarda mütaliəyə marağın artırılması, valideynlərin bu istiqamətdə maarifləndirilməsi və uşaq ədəbiyyatının təbliği məqsədi daşıyır.
“Daha çox oxucu, daha çox mütaliə” mövzusunda ilk görüş Xaçmaz rayon Mərkəzi kitabxanasında təşkil olunub. Yazarlar yeni kitabları barədə məlumat veriblər. “Ən çox mütaliə edən oxucu” adlı viktorina keçirilib. Uşaqlara kitab və dərgilər, kitabxanaya uşaq ədəbiyyatı təqdim edilib.
Bu qəbildən görüşlər həmçinin İsmayıllı, Füzuli, Lənkəran və Qubada təşkil olunub. Nazirlik tərəfindən hazırlanan qrafikə uyğun olaraq yazarların uşaqlarla görüşləri Biləsuvar, Neftçala, Ağdaş, Şəmkir, Salyan, Bərdə, Tərtər rayonlarında və Şirvan şəhərində də keçirilib.