Xalq yazıçısı Elçinin məşhur “Mahmud və Məryəm” romanı əsasında çəkilməsi nəzərdə tutulan eyniadlı filmdə Məryəm rolu üçün Azərbaycanda həyata keçirilən seçim nəticəsiz olub. Filmdə əsas obraz olan Məryəm rolunda azərbaycanlı qızın çəkilməsi ideyası filmin yaradıcı heyəti və Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova tərəfindən irəli sürülüb. Məryəm rolunun axtarışı üçün bir neçə müddət yerli televiziya kanallarında və internet saytlarında kastinqlərin keçiriləcəyi barədə məlumatlar yayımlanıb.
   Lakin azərbaycanlı qızlar arasından Məryəm rolunun tələblərinə cavab verən tapılmadığından filmin rejissoru bu rolun ifaçısının da Türkiyədən seçilməsinə qərar verib. Məryəm rolu üçün 16-21 yaş arasında, yaşıl gözlü qız axtarılırdı. Deyilənə görə, artıq filmin Britaniyadan olan rejissoru bu rol üçün öz seçimini edib.
   Xatırladaq ki, Azərbaycan və Türkiyənin müştərək işi olan “Mahmud və Məryəm” filmində Mahmud rolu türkiyəli aktyor Mehmet Günsurə həvalə edilib. Məlahət Abbasova Mahmudun xalası Qəmər Banu obrazını canlandıracaq. Filmin prodüseri Sevda Kayqısızdır. Çəkilişlər Azərbaycanda və Türkiyədə aparılacaq. Filmin çəkilişinə Azərbaycan və Türkiyənin mədəniyyət və turizm nazirlikləri dəstək verir. Filmin ərəb və Avropa ölkələri də daxil olmaqla 30-dan artıq ölkədə satışı planlaşdırılır. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar