Milli Televiziya və Radio Şurasında teleradio yayımçıları tərəfindən milli telefilmlərin, habelə teleserialların çəkilişi ilə bağlı daxil olmuş təkliflər müzakirə edilib. Milli Televiziya və Radio Şurası tərəfindən ilkin mərhələdə milli telefilmlərin, habelə teleserialların çəkilişi ilə əlaqədar birdəfəlik müqavilə bağlanılması yolu ilə ümumrespublika teleradio yayımçılarının hər birinə 300 000 (üç yüz min) manat məbləğində vəsait ayrılması barədə qərar qəbul edilib. Şuradan verilən məlumata görə, qərar “Dövlət satınalmaları haqqında” qanunun, “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında” ölkə prezidentinin 9 sentyabr 2011-ci il tarixli sərəncamının tələbləri rəhbər tutularaq qəbul edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar