Oktyabrın 28-dən noyabrın 2-dək İtaliyanın Milan şəhərində 29-cu beynəlxalq kinofestival keçirilib. İdman Kinosu Beynəlxalq Federasiyası tərəfindən təşkil olunan ənənəvi festivalın final mərhələsində idmanın 50 növü üzrə 54 ölkədən 150-dək film nümayiş etdirilib. Festivalda Azərbaycanı “Salnamə” studiyasında çəkilmiş “Yerə dəyən top göylərə qalxar” və “Çovqan” sənədli filmləri təmsil edib.
Müsabiqə filmləri yeddi nominasiya üzrə yarışıb: “Olimpiya oyunları”, “Sənədli filmlər”, “Tele-şou və yeni texnologiyalar”, “İdman və cəmiyyət”, “Kinofilmlər”, “İdman və reklam” və “Kino və televiziya - Böyük çempionlar”. Sonuncu bölmədə “Yerə dəyən top göylərə qalxar” sənədli filmi “Ən yaxşı film” mükafatına layiq görülüb.
Ölkəmizdə futbolun yaranmasının 100 illiyinə həsr olunmuş bu film 2011-ci ildə lentə alınıb. Filmin müəllifi Arzu Urşandır. Festivalın yekun tədbirində “Böyük çempionlar” bölməsi üzrə altı nominantın adı açıqlanıb, nəticədə Azərbaycan filminin qalib çıxdığı elan olunub.
Xatırladaq ki, “Yerə dəyən top göylərə qalxar” filmi sentyabrda Rusiyanın Lipetsk şəhərində keçirilən 7-ci Beynəlxalq İdman Filmləri Festivalında “Olimpiya ideallarına sədaqət” nominasiyası üzrə də I yer qazanıb. Arzu Urşanın sözlərinə görə, Milan festivalı zamanı filmimiz Almaniya və Braziliyada keçiriləcək idman filmləri festivallarına da dəvət alıb.
“Çovqan” filmi isə Milan festivalının fəxri diplomuna və xüsusi medalına layiq görülüb. Filmin müəllifi Rafiq Quliyevdir.