Noyabrın 24-də Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası növbəti dəfə nümayiş olunacaq.
   Tamaşada baş rolu - Bəbirli obrazını Xalq artisti İlham Namiq Kamal canlandıracaq. Xalq artisti Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanan məşhur operettada ilk dəfə səhnəyə çıxacağını deyib: “Bəbirli çox xarakterik, koloritli bir obrazdır. Rauf Hacıyevin möhtəşəm musiqisi isə şedevrdir. İnanıram ki, tamaşaçılar mənim ifamda Bəbirlini sevəcəklər”.
   Beynəlxalq layihə kimi hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əli Usubov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Leyla Ağayevadır.