Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Biz narkotiklərə yox deyib həyatı seçirik” mövzusunda maarifləndirici tədbir keçirilib.
   Tədbirdə ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prokursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, proqramın icrası məqsədilə müvafiq qurumlarda təşkil olunan maarifləndirmə tədbirləri keçirilir. 
   Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərə qarşı mübarizə şöbəsinin əməkdaşları zərərli vərdişlərin mənfi fəsadları, o cümlədən həyatımıza, sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə ətraflı məlumat veriblər.
   Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, maarifləndirici broşürlər paylanılıb.
   
   F.Hüseynov