Azərbaycan-İran müştərək filmi nümayiş olundu
   
   “Azərbaycanfilm” kinostudiyası ilə İranın “Sədra-film” şirkətinin birgə istehsalı olan “Tərsinə çevrilən dünya” bədii filmi Beynəlxalq Muğam Mərkəzində kinosevərlərə təqdim olundu. Filmin ssenari müəllifi Xalq yazıçısı Çingiz Abdullayev, quruluşçu rejissoru Ənvər Əblucdur.
   
   Ənvər Əbluc “Tərsinə çevrilən dünya” filminin Azərbaycanın 20 illik müstəqilliyi dövründə İranla çəkilən ilk müştərək film olduğunu qeyd etdi. Yazıçı Çingiz Abdullayev isə yeni çəkilən milli filmlərimizin daha geniş şəkildə təbliğ olunmasının vacibliyini vurğuladı.
   “Detektiv janrında olan və Azərbaycan polisinin fəaliyyətinə həsr edilən film narkotik alveri ilə məşğul olan cinayətkar dəstə üzvlərinin əməliyyat nəticəsində ələ keçirilməsindən bəhs edir. Filmdə həm Azərbaycan, həm də iranlı aktyorlar çəkiliblər. Baş rolu məşhur iranlı aktyor Məhəmməd Firutən ifa edir. Filmdə xalq artistləri Rasim Balayev və Fuad Poladov, əməkdar artistlər Fərhad İsrafilov, Məmməd Səfa, habelə Azad Şükürov, Sona Mikayılova, Qorxmaz Əlili, Natella Kərimova, Elnur Kərimov, Günel Məmmədova və başqaları rol alıb. Çəkilişlər Azərbaycanda və İranda (Tehran, Ənzəli) aparılıb.
   
   Reyhan 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar