Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya kafedrasının müdiri, dosent Sədaqət Əliyevanın “Azərbaycan mədəniyyətində qadın fenomeni” monoqrafiyası işıq üzü görüb. Kitabda Azərbaycan tarixində, ümumilikdə ictimai-siyasi və mədəni həyatında qadınların rolu və xidmətlərindən xronoloji ardıcıllıqla bəhs edilir. Monoqrafiyada bu və ya başqa səbəbdən indiyə kimi işıqlandırılmayan bəzi məqamlara aydınlıq gətirilib. Kitab Azərbaycan tarixi, mədəniyyətşünaslıq problemləri və s. sahələrdə araşdırmalar aparan tədqiqatçılar və ali məktəb müəllimləri, tələbələr, habelə elmi ictimaiyyət üçün nəzərdə tutulub.

   S.Qaliboğlu