Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin, TİKA-nın dəstəyi, “Yeni Türkiyə” Strateji Araşdırma Mərkəzinin təşkilatçılığı ilə Ankarada türk dilində danışan ölkə və diyarların alimlərinin qurultayı keçirilib.
Dil, əlifba, tarix məsələlərinə dair problemlərin müzakirə edildiyi elmi məclisə Azərbaycandan 20-dən çox alim qatılıb. Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Orta dövr fars-türk tərcümələrində dil uyğunluqları” mövzusunda məruzə ilə çıxış edib.
Qurultayda Qazaxıstanın latın əlifbasına keçməsi, Beynəlxalq Türk Akademiyasının ortaq türk dili və dərslikləri sahəsində apardığı islahatlar, Bosniya və Herseqovinada türk dilinin qorunması, Özbəkistanda əlifba problemlərindən danışıblar.
S.Qaliboğlu