Noyabrın 11-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində (Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı) Almaniya rejissoru Vayt Helmerin “Baykonur” filminin nümayişi olacaq. Filmin orijinal versiyası rus və ingilis, subtitrlər isə alman dillərindədir. Filmin süjet xətti “Baykonur” kosmik stansiyasının yaxınlıqdakı kəndin əhalisinin həyatına təsiri üzərində qurulub. Nümayişdən sonra keçiriləcək müzakirələrdə Vayt Helmer iştirak edəcək. Rejissor Vayt Helmerin sənəti üçün magik realizm xarakterikdir. Onun “Absurdistan” (2008) adlı sonuncu filminin bir hissəsi Azərbaycanda, İsmayıllı rayonunun Lahıc kəndində lentə alınıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar