Noyabrın 27-28-də Tacikistanın paytaxtı Düşənbədə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin milli kitabxanaları direktorlarının dördüncü iclası keçirilib.
   Milli Kitabxanadan verilən məlumata görə, iclasda təşkilatın saytının fəaliyyəti, hər təşkilat üzrə əlaqələndirici şəxsin təyin olunması, saytda üzv ölkələr haqqında məlumatın verilməsi, informasiyaların ötürülməsi və digər məsələlər müzakirə olunub. 
   Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Tacikistan Milli Kitabxanası arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb. Memorandumda kitab mübadiləsinin inkişaf etdirilməsi, qarşılıqlı sərgilərin təşkili, birgə layihələrin işlənməsi, habelə beynəlxalq kitab sərgilərində və elmi konfranslarda iştirak, elektron resurslardan qarşılıqlı istifadə və digər məsələlər əks olunub.
   
   Lalə