Dekabrın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində “Art Loqos” klubu ilə birgə “Azərbaycanın ipək xəzinəsi: dünən, bu gün, sabah” mövzusunda diskussiya keçiriləcək.
Muzeydən bildirilib ki, diskussiyada bədii tikmə üzrə aparıcı ekspertlər, müasir geyim dizaynerləri və “Art Loqos” sənətşünaslar klubunun üzvləri iştirak edəcəklər.
Tədbir Azərbaycan tikmələrinə həsr olunmuş sərgi, müvafiq profil üzrə mütəxəssis, rəssam, dizayner, illüstrator, eləcə də sənətsevərlər üçün Azərbaycan tikmə sənəti, onun unudulmuş unikal texnikası, habelə ornament və rənglər aləmi ilə tanışlığa imkan yaradacaq. Diskussiyanın məqsədi erkən Azərbaycan tikmələrinin və tikmə texnikalarının tədqiqinə marağı artırmaqdır.