Xalq artisti, kinorejissor Tofiq İsmayılovun 1982-ci ildə «Azərbaycanfilm” kinostudiyasında çəkdiyi “Əzablı yollar” (“Məlikməmməd”) film-nağılı bərpa edilib. Azərbaycan Dövlət Film Fondunun Rusiya Dövlət Film Fondu ilə birgə işi nəticəsində bərpa olunan filmin bərpa olunmuş variantı dövlət televiziyasında nümayiş etdiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bərpa olunan ekran əsərinin ssenari müəllifi Oqtay Məmmədov, quruluşçu operatoru Şərif Şərifovdur. Azərbaycan şifahi xalq ədəbiyyatının məşhur nümunələrindən olan «Məlikməmməd» nağılı əsasında azyaşlı tamaşaçılar üçün çəkilən filmdə xalq artistləri Eldəniz Zeynalov, Səyavuş Aslan, Yaşar Nuri, Həmidə Ömərova və başqaları çəkiliblər.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar