Son illər sürətli inkişaf yolu keçməklə istər xaricdə, istərsə də ölkə içində bəyənilərək izlənən türk filmlərindən gələn gəlirlər də fantastik həddə çatıb. Türkiyədə keçən il kinodan ümumilikdə 383,3 milyon lirə vəsait əldə olunub ki, bunun da 193 milyonu xarici, 190 milyonu isə yerli filmlərin payına düşür.
   Qalatasaray Universitetinin araşdırmasına görə, ötən il xarici film tamaşaçılarının sayı daha üstün olub. Yerli filmlərin sıralamasına gəlincə, «Nyu-Yorkda beş minarə», «Rəcəb İvedik 3» və «Eyvah Eyvah»ın da aralarında yer aldığı ən çox izlənilən 10 filmdən 162,5 milyon lirə gəlir əldə edilib. Keçən il ən çox izlənilən 10 filmə toplam 18 milyon 538 min insan tamaşa edib.
   Ən baxımlı filmlər arasında 3 milyon 455 min tamaşaçı və 31,5 milyon lirə gəlirlə «Nyu-Yorkda beş minarə» ilk yeri alarkən, 3 milyon 325 min izləyici və 28,7 milyon lirə vəsaitlə «Rəcəb İvedik 3» ikinci, 2 milyon 460 min izləyici və 21,7 milyon lirə ilə «Eyvah Eyvah» üçüncü sıranı tutub.
   Keçən il vizyona çıxan filmlər içərisində 66 yerli filmə qarşı 181 xarici film tamaşaçı ilə görüşüb. Ümumi tamaşaçı arasında bölgü apardıqda isə 22 milyon 185 min nəfər yerli, 19 milyon 348 min nəfər isə xarici film izləyib. Tamaşaçının say fərqinə baxmayaraq türk izləyicisi daha çox vəsaiti xarici istehsal olan kino nümunələrinə xərcləyib.
   

   Həmidə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar