Beynəlxalq əlillər gününə həsr olunmuş tədbirlər
   
   3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Heydər Əliyev Sarayında “Biz bir ailəyik” adlı konsert keçirilib. Konsertin təşkilində məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirməkdir.
   Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə Daun sindromlu uşaqların “Günəş uşaqları” adlı rəqs qrupu, “İstedadlı əlillər” cəmiyyətinin və 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin əlilləri çıxış ediblər.
   Konsertdə fiziki qüsurlu ifaçıları Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Könül dünyamız” ansamblı müşayiət edib.
   * * *
   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Xəzər rayonu Şağan qəsəbəsində yerləşən 1 saylı İnternat evində Beynəlxalq əlillər günü ilə əlaqədar tədbir keçirilib. Musiqili əyləncəli proqramda müğənnilər və klounların rəngarəng çıxışları uşaqlarda xoş ovqat yaradıb. 
   * * *
   Masallı rayonunda da əlamətdar gün qeyd olunub. Tədbirdə rayon Mədəniyyət mərkəzinin incəsənət kollektivi rəngarəng musiqi nömrələri təqdim ediblər.