Estoniyada keçirilən “Zülmət gecələr” kinofestivalı çərçivəsində artıq ikinci ildir ki, milli kinoya dair xüsusi proqram nümayiş etdirilir. Həmin proqram bu dəfə Black Nights Rainbovv (Zülmət gecələrin göy qurşağı) adlandırılıb. Azərbaycan bu proqramda rejissor İlqar Nəcəfovun “Buta” filmi ilə təmsil olunub.
   Festivalda nümayişdən öncə Azərbaycanın Estoniyadakı səfirliyi “Solaris” mərkəzində filmin təqdimatını keçirib. Noyabrın 19-da isə festival “Buta” filmi ilə açılıb. Film başlamazdan əvvəl Estoniyanın “Qratsiya” rəqs qrupu Azərbaycan rəqslərini ifa edib, Azərbaycan haqqında videoçarx nümayiş olunub. Səfirliyimizin əməkdaşı Ruslan Nəsibov Azərbaycanın zəngin mədəniyyəti barədə tamaşaçılara məlumat verib.
   Sonra “Buta” filmi “Kosmos” kinoteatrında nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar