Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran - 2011” müsabiqəsinin qalib kino layihələrindən olan “Mayak” qısametrajlı bədii filminin çəkilişləri başa çatıb. Filmin rejissoru Fariz Əhmədov bildirib ki, hazırda film montaj prosesindədir. “Orman Production”da istehsal olunan filmin ilin sonunadək tamamlanması gözlənilir.
Filmdə əsas rolları Məmməd Səfa, Ərtoğrul, Gülzar Qurbanova canlandırıblar. Filmin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Nizami Abbas, rəssamı İbrahim Əminov, bəstəkarı Rauf Əliyev, prodüserləri Rəşad Qasımov və Rasim Salmanovdur.