Asiya-Sakit Okean Kino Akademiyası 2011-ci il üzrə “Asia Pasific Screen Awards” (APSA) mükafatının qaliblərini elan edib. 
   Avstraliyada keçirilən mərasimdə “Ən yaxşı bədii film” nominasiyasında İran rejissoru Fərhad Əsgərinin “Nadir və Siminin boşanması” filmi qalib elan olunub.
   Azərbaycanlı rejissor İlqar Nəcəfin “Buta” bədii filmi “Ən yaxşı uşaq filmi” nominasiyasında mükafata layiq görülüb. Mükafat filmin rejissoru İlqar Nəcəfə təqdim edilib. Rejissor akademiyanın üzvlərinə və filmin çəkilməsində ona kömək edənlərə təşəkkürünü bildirib.
   Ekran əsərinin ssenari müəllifi İlqar Nəcəf və Ramiz Fətəliyev, operatoru Georgi Beridze, rəssamı Əziz Məmmədov, bəstəkarı Cavanşir Quliyevdir. Rollarda Rafiq Əzimov, Tofiq Əliyev, Elnur Kərimov, Ləman Nəbiyeva, Arzu İsayeva, Mirmöhsün Mirzəyev və başqaları çəkilib.
   Qeyd edək ki, bu il “Buta” filmi Türkiyə, Rusiya, Özbəkistan və Estoniyada keçirilən beynəlxalq kinofestivallarda iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar