Muzey Mərkəzində fotosərgi   

   Dekabrın 2-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət Film Fondunun təşkilatçılığı ilə “Azərbaycan kino salnaməsi” fotosərgisi açılıb.
   Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev 113 yaşlı Azərbaycan kinosunun şərəfli tarixindən danışıb, milli ekran əsərlərimizin milyonların zövqünü oxşadığını bildirib. Qeyd edilib ki, bu müddətdə 300-dən artıq film, yüzlərlə kinoxronikal süjet və sənədli filmlər çəkilib.
   Sərgidə fondun fotosexinin rəisi, ömrünün 50 ilini fotoqraf-rəssam kimi Azərbaycan kinosuna həsr etmiş Əməkdar mədəniyyət işçisi Pərviz Quliyevin şəxsi kolleksiyası nümayiş olunub. Ekspozisiyada “Arşın mal alan”, “Yaşamaq gözəldir, qardaşım”, “Cazibə qüvvəsi”, “Uşaqlığın son gecəsi”, “Şərikli çörək”, “Gün keçdi”, “Alma almaya bənzər”, “Alman klinikasına şəxsi səfər”, “Fəryad” , “Hər şey yaxşılığa doğru” və digər filmlərdən fotoşəkillər yer alıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar