Dekabrın 10-dan 15-dək Moskvada XVII Beynəlxalq “Stalker” filmləri festivalı keçiriləcək. Böyük Britaniya, Fransa, İtaliya, Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Bolqarıstan, Türkiyə, Yunanıstan, Rumıniya və digər ölkələrin qatılacağı beynəlxalq sənət yarışmasında Azərbaycanı “Miras” sənədli filmi təmsil edəcək. Film Rusiya Federasiyasındakı BMT nümayəndəliyinin xüsusi proqramı çərçivəsində göstəriləcək.
   2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunan “Miras” sənədli filminin süjet xətti ata-baba sənətinin nəsildən-nəslə ötürülməsi, adət-ənənənin davam etdirilməsi üzərində qurulub. Ekran əsərinin rejissoru Fariz Əhmədov Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə təhsil alıb. Filmin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, montajçısı Firudin İsmayılov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar